Azerbaijan

İş icazəsi ilə Lerikə istirahətə gələnlər cərimələndilər - FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bəzilərinin isə çalışdıqları idarə və müəssisələr tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Milli.Az

Football news:

Liverpool are close to buying a defender for Olympiakos Tsimikas. Medical check-up-this week
Barcelona intends to sign Bernardo Silva. City can get Semeda
Real are planning to buy Dybala and are ready to include Kroos or ISCO in the deal (Sport Mediaset)
Conte about Inter before the 1/4 Europa League: we Continue to progress, we become stronger
Piontek is Interesting to Fiorentina. Herta wants just over 20 million euros
Barzagli or Grosso will replace Pirlo in Juventus U23
Daudov about Akhmat: I am Sure that the team will Interact better with each new game