Azerbaijan

IT sahəsində ən yüksək əməkhaqqı alan icraçı direktor

"Apple" şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan icraçı direktordur. Belə ki, ötən il onun qazancı 133 milyon dollar olub.

Milli.Az bildirir ki, AZƏRTAC "Bloomberg" agentliyinin tərtib etdiyi reytinq cədvəlinə istinadla xəbər verir ki, T.Kuk bütün icraçı direktorlar arasında ikinci yeri tutub. Birinci pillədə 2019-cu ildə 595 milyon dollar qazanan "Tesla" şirkətinin sahibi İlon Mask qərarlaşıb.

"Apple" rəhbərinin IT sahəsi üzrə rəqiblərinə gəldikdə isə ona daha çox yaxın olan, ötən il 99 milyon dollar əldə edən "Intel" şirkətinin icraçı direktoru Robert Svondur. Sonrakı mövqedə 86 milyon dollar əməkhaqqı ilə "Alphabet Inc."in rəhbəri Sundar Piçai yer alıb. "Microsoft"un icraçı direktoru Satya Nadella keçən il 77 milyon dollar əməkhaqqı ilə 9-cu yeri tutub.

Məlumata görə, T.Kuk tərəfindən ötən il əldə edilən bütün vəsaitlər ianə olunacaq.

Qeyd edək ki, "Apple" şirkətinin dünyanın ən bahalı şirkəti olması T.Kukun ən yüksək əməkhaqqı alması barədə təəccüb doğurmur.

Milli.Az

Football news:

One Barca player among those starting the pre-season has contracted a coronavirus
Malinovsky settled in Italy: after the quarantine, he scored against Lazio and Juve, ahead of Mertens, Higuain and De Ligt in the ranking of the best players in Serie A
City are ready to give Coulibaly a 5-year contract with a salary of 10 million euros. Napoli wants 80 million for him^. Manchester City are working on the transfer of defender Kalidou Coulibaly from Napoli
PSG have a lot of injuries before the Champions League (even Tuchel!). Kerer broke his ear, but Mbappe is recovering furiously
Manchester City can join the fight for Tiago. Liverpool are still Interested in the player
Fomin about career abroad: I don't plan so: in 20 — FNL, in 22 — RPL, in 24 — Europe. I move step by step
Mendes suggested Manchester United's Fati as an alternative to Sancho. Barcelona will not sell the midfielder and will extend his contract