Azerbaijan

İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?

Tarixə nəzər salan zaman görmək olur ki, çox sayda ixtiraçı və kəşf edən insanlar böyük əzab və əziyyətdən sonra öz zəhmətlərinin bəhrəsini görürdülər. İstər işığın ixtirası olsun, istər telefonun və ya başqa bir şeyin. Bəs bu insanlar axirətdə də mükafat alacaqlarmı?

İslam dininin nəzərinə görə əməlin nəfsi kifayət deyildir, bəlkə əməlin stimulu və niyyəti dəyərlidir. Ona görə də Quran buyurur: "Kim yalnız bu ötəri nağdı (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar". ("İsra" 18).

"Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır". ("Şura" 20).

Adətən xəstəxana, məktəb və ya məscid inşa edən insanların çoxu zahirdə özlərini elə göstərirlər ki, tək hədəfləri insanlara xidmət etməkdir, başqa niyyətləri yoxdur. Lakin batinlərinə nəzər salanda görmək olur ki, bu insanların bəzisi şan-şöhrətə və ya məqama görə bu işi görürlər.

Əksinə, bəzən bir insan kiçik bir iş görür, lakin niyyəti yüz faiz insanlara xidmət etmək olur. Əgər bu insanların əməl dəftərini həm əməlin nəfsinə və həm də niyyətinə görə araşdırsaq, görərik ki, bir neçə haldan xaric deyildir:

1. Bəzən bir ixtirada niyyət ancaq dağıdıcı xarakter daşımışdır. Sonra isə həmin ixtirada insanlar üçün mənfəət də yaranmışdır ki, bu, həmin ixtiraçının əsl hədəfi olmamışdır. Ya da ikinci dərəcəli hədəf olmuşdur. Bu ixtiraçıların təklifi aydındır.

2. Bəzən bir ixtiraçı öz ixtirasını edən zaman maddi mənfəət və ya şan-şöhrət qazanmaq kimi hədəfi təqib edir. Əslində bir tacirə bənzəyir ki, daha çox maddi mənfəət qazanmaq üçün bu kəşfi edir.

O kəsin ki, bir xeyir işi görən zaman niyyəti maddiyyat və rifah olarsa, axirəti nəzərə almazsa, Allah həmin əməlin mükafatını elə bu dünyada ona verər. Lakin axirətdə həmin əmələ görə bəhrələnməz. Bütün bu kimi yaxşı əməlləri axirətdə məhv olar. Çünki niyyəti dünya olmuşdur, Allaha və Qiyamət gününə iman bəsləməmişdir. Nəticədə axirətdə həlak olanlardan olar.

3. Bəzi ixtiraçıların niyyət insanlara xidmət etməkdir. Ya da əgər Allaha inanırsa, Allaha xatir insanlara xidmət etmək istəyir. Bu cür insanların əgər imanı varsa, şübhəsiz ki, etdikləri əməlin mükafatını axirətdə əldə edəcəklər. Bu mükafat ola bilsin ki, onlara dünyada verilsin, ola bilsin ki, axirətdə. Hər bir halda Adil Allah onu bu mükafatdan məhrum etməyəcəkdir. "Həqiqətən, Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz". ("Yusif" 90).

Milli.Az

Football news:

Koeman Pro 3:0 with Celta: Proud of the team. The results show that we are on the right track
Milan extended their unbeaten streak to 18 games by beating Rio Ave on penalties in the Europa League qualifier
Arteta on Manchester City in the League Cup: Arsenal are not very lucky with the draw. This is another test
Klopp about losing to Arsenal and Liverpool in the country of dreams, you have to score. Last pass failed
Muller held the UEFA ceremony in the stable. There had Neuer, Kimmich and Evangeliski
Liverpool 4 seasons in a row, cannot get past the 5th round of the League Cup and 2012 wins the tournament
Leno - first Arsenal goalkeeper in 8 years not to miss at Anfield