Jurnalistlərin binası qarşısında qəza baş verib

Bakıda yol qəzası olub.

Day.Az Milli.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, jurnalistlərin yaşadığı binanın qarşısında baş verib. Bu barədə məlumatı sosial şəbəkədə bina sakinləri paylaşıb.

Binanın qarşısında işıqforun yaxınlığında iki "Mercedes" markalı minik avtomobili bir-birinə çırpılıb. Hadisə zamanı ölən və ya xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Bina sakinləri bu cür yol qəzalarının burada tez-tez baş verdiyini bildiriblər.