Azerbaijan

Land Rover Defender yeni top versiyaya və dizel mühərrikinə sahib olub - FOTO

Land Rover şirkəti Defender ofrouderinin yeni versiyalarını hazırlayıb. Bu ilin yazından bəri satışa çıxarılan model, turbodizel mühərriki və 404 at qüvvəli hibrid modifikasiyaya sahib olub. Bundan əlavə, ofrouder üçün təklif edilən təchizat səviyyələri siyahısına X-Dynamic səviyyəsi də əlavə edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, artıq LR Defender modelinin xəttinin ən güclü nümayəndəsi Defender P400e PHEV qoşulan hibrididir. Ofrouderin top versiyanın kapotunun altında 300 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu yerləşir. Hibrid qurğunun ümumi hasilatı 404 at qüvvəsi və 640 Nm fırlanma anı təşkil edir. Beləliklə, yeni hibrid versiya P400 modelindən 4 at qüvvəsi güclüdür və 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Bu, P400 modelinin göstəricisindən 0,4 saniyə azdır.

Eyni zamanda, Defender modelinin mühərrik çeşidi Ingenium ailəsindən olan 3.0-litrlik biturbodizel ilə denişlənib. Dizel aqreqatı üç güc variantında təklif olunur: 200 at qüvvəsi və 500 Nm (D200), 249 at qüvvəsi və 570 Nm (D250),  300 at qüvvəsi və 650 Nm (D300). Bütün modifikasiyalar 48 voltluq elektrik əlavəsi və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilirlər.

Kuzovun növündən və mühərrikin gücündən asılı olaraq, 100 km/saat həddinə qədər sürətlənməyə 6.7 ilə 10.2 saniyə arasında vaxt sərf edilir. Yeni avtomobil artıq Böyük Britaniyadakı dilerlər mərkəzlərində  35,8 min funt sterlinqdən başlayan qiymətlərlə təklif edilir.

X-Dynamic təchizat səviyyəsinə malik olan Defender 90 və Defender 110 modellərini  yeni rənglərdə sifariş etmək mümkündür: ağ Yulong White, gümüşü Silicon Silver və boz Carpathian Grey, Seçilən rəngi olan dam da nəzərdə tutulub.

Opsional avadanlıq siyahısına qatlanan parça dam (Defender 110 üçün), digər tənzimləmələri asqı sistemi (Defender 90 üçün), Meridian Sound System səs sistemi, proyeksiya ekranı, ön duman işıqları, qara-boz rəngli təkər diskləri daxil edilib.

Milli.Az

Football news:

Agent Lukaku: Romelu is the best striker in the world at the moment
Marcus Rashford is the pride of all England, from the Queen to Jurgen Klopp. He again fed children across the country - and received the Order
Pjanic-Habibu: Good luck, brother. Inshallah, we will win
Klopp on Rashford's charity: I hope mom is proud of him. I'm proud
Troy deeney: I was called a black asshole, and social media said it wasn't racist. Do companies even want to change this?
Miralem Pjanic: Sorry didn't trust the players at Juventus. It's a shame when people are judged incorrectly
Wenger on why he didn't mention Mourinho in the book: he Didn't want to talk about Jose, Klopp or Pepe because they are still working