Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü

Zaqatalada illər öncə törədilmiş amansız qətlin təfərrüatı bəlli olub.

Publika.az xəbər verir ki, hadisə 2011-ci il fevral ayının 23-də qeydə alınıb.

Belə ki, həmin tarixdə Zaqatala rayon hüquq-mühafizə orqanlarına hadisə ilə bağlı məlumat daxil olub.

Zaqatala şəhərində yaşayan 1950-ci il təvəllüdlü Seyran Əyyubova çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib. Lakin qatili müəyyənləşdirmək mümkün olmayıb.

2013-cü ildə cinayət işinə yenidən baxılıb. 2021-ci ildə qətlin üstü açılıb. Gəncə şəhər sakini, 1997-ci ildən Zaqatalada mişardaşı alveri ilə məşğul olan yük maşını sürücüsü Polad İsmayılovun qətli törətdiyi məlum olub.

Seyran Əyyubova ilə Polad İsmayılov qətldən öncə tanış olublar. Seyran Əyyubova şəxsi mənzillərini kirayə verirmiş. Bir gün Polad İsmayılov bir qadınla gəlir, gecələməyə yer istəyir. Seyran Əyyubova həmin qadını tanısa da, büruzə vermir. Seyranın sonradan həmin qadının həyat yoldaşına məlumat verməsi qətlə səbəb olur. Polad İsmayılov 12 bıçaq zərbəsi ilə Seyran Əyyubovanı qətlə yetirir.

Ətraflı "Baku" TV-nin süjetində: