Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mask canlı yayımda “cəhənnəm kraliçası Lilit”in planını ifşa edəcək - FOTO

"Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Mask canlı yayımda video oyun oynayacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Amerikalı milyarder bu barədə özünün "X" hesabında açıqlama verib.

"İnsanlar məndən video oyunları necə oynadığımı göstərməyimi istəyirlər. Mən də "Diablo 4"də (bədxassəli ürəklərdən istifadə etmədən) 99-cu səviyyəli "Nightmare"  yeraltı dünyasından keçməyi sınayacağam", - deyə Mask elan edib.

Mask yeraltı dünyanı tez zamanda tamamlamağa çalışacağına söz verib, lakin bildirib ki, heç kim ondan  dünya rekordu qıracağını gözləməsin.

Milyarderin açıqlamasından o da məlum olub ki, elan edilmiş performans "X"də canlı yayım funksiyasını sınaqdan keçirmək üçün də lazımdır.

"Diablo 4" - "Blizzard Entertainment" tərəfindən hazırlanmış "RPG-action" janrında oyundur. Oyunçular mələk və şeytani mahiyyətləri birləşdirən nefalemlərdən birinin rolunu götürməli və "cəhənnəm kraliçası Lilit"in məkrli planını ifşa etməlidirlər.

Milli.Az