Azerbaijan

Milli Məclisdə ünvanlı sosial yardımla bağlı bəzi təkliflər irəli sürülüb

Milli Məclisdə ünvanlı sosial yardımla bağlı bəzi təkliflər irəli sürülüb

Milli Məclis

“Ünvanlı sosial yardımın verilməsi ilə bağlı prinsiplər qanunla tənzimlənir, verilmə mexanizmi isə Nazirlər Kabinetinin qaydası ilə müəyyənləşir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, qanun layihəsi ilə bağlı bir sıra təklifləri var: “Qanun layihəsində sosial yardımın təyin olunması müddətinin 2 ildən 1 ilə azaldılması müsbət haldır. Amma eyni zamanda tövsiyə edirik ki, bu maddəyə yeni maddə əlavə edilsin. Əgər ailənin gəlirlərində dəyişiklik baş verməsə, onda həmin ailələrin ünvanlı sosial yardım alması növbəti 1 il ərzində də təmin edilsin. I qrup əlilliyi olan şəxslərin və bütövlükdə gəlirlərində dəyişiklik baş verməyən ailələrin yenidən ünvanlı sosial yardım üçün müraciət etməsinə ehtiyac qalmasın. Kredit alan vətəndaşların ünvanlı sosial yardıma müraciət hüququ Nazirlər Kabinetinin qaydalarına dəyişiklik edildikdən sonra mümkün olacaq. Amma Nazirlər Kabinetinin digər bir qaydası ilə il ərzində 2280 manat alış-veriş edən vətəndaş ünvanlı sosial yardım ala bilmir. Burada ziddiyyət yarana bilər. Bu hissə nəzərə alınsa, yaxşı olar”.

Football news:

Кад Cadiz returned to La Liga after 14 years
Pioli about 2:2 with Napoli: One point is a good result
Gattuso on Milan's penalty: the Rule needs to change. Jumping with your hands behind your back is another sport
Milan will offer 25 million euros for Celtic defender Ayer
Klopp on plans: Four years at Liverpool. After that, I want to do nothing for a year
Rogers Pro 1:4 with Bournemouth: Leicester play well only 45 minutes after the break
Inter and Roma are Interested in Garay