Azerbaijan

MSK bir dairədə seçkinin nəticələrini ləğv etdi

MSK bir dairədə seçkinin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilib.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadənin səslərin 44,5 faizni  (9 min 29 səs) qazanaraq qalib olduğu bildirilmişdi.

Bizimyol.info