Azerbaijan

Ən böyük Bitcoin hesabında təxminən 1 milyard dollar dəyərində əməliyyat aparılıb

Bu yaxınlarda ən böyük Bitcoin cüzdanı olduğu deyilən və sahibi bilinməyən bir hesabdan 934 milyon dollar dəyərində rəqəmsal pul köçürmələri aparılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, kütləvi Bitcoin əməliyyatı ilk olaraq Bitcoin Block Bot avtomatik kriptovalyuta xidməti tərəfindən paylaşılıb.

Heyrət doğuran bu qədər yüksək məbləğin köçürməsində böyük miqdarda əməliyyat haqqının tutulacağını gözləyərdiniz, deyilmi? Biz də bunu gözləyirdik, amma paylaşılan məlumata görə, təxminən 1 milyard dollar dəyərində olan Bitcoin köçürməsi zamanı cəmi 0.48 dollar rüsum tutulub.

Bu günədək hesabla bağlı bir çox iddialar irəli sürülüb. Bəzi insanların fikrinə görə, bu nəhəng hesab Winklevii adlı Bitcoin investoru kimi əsas investorlardan birinə aiddir. Həmçinin bu hesabın BitGo-ya aid olmasına dair fikirlər də mövcuddur. Ancaq BitGo səlahiyyətliləri, təhlükəsizlik səbəbilə hesabın kimə aid olduğunu təsdiqləməyəcəklərini ifadə ediblər.

Bəs Bitcoin hərəkatının alıcıları kimlər idi? Blockchain.com-un məlumatına görə, 934 milyard dollarlıq əməliyyat iki anonim cüzdan arasında paylaşılıb. Bu cüzdanlardan biri 5000 BTC aldığı halda ikinci cüzdan isə qalan 96 857 BTC- yə sahib olub.

Beləliklə də, BTC-nin əldə etdiyi ikinci cüzdan BitInfoCharts-a görə ikinci ən böyük cüzdan olmağı bacarıb.

Milli.Az

Football news:

Sanchez finished the match against Bayer, despite the injury
Solskjaer is the fifth coach with whom Manchester United reached the semi-finals of the European Cup
Manchester United are set to buy Sancho this summer despite Borussia's claim that he is staying
Shirokov beat the judge at an Amateur tournament: promised that # # # # # [vdarit] for a red card-and # # # # # [vdarit]
Brunu has scored 11 goals in 20 games for Manchester United. 7 of them were penalties
Lukaku has scored in 9 consecutive Europa League games. This is a tournament record
Konstantinos Tsimikas: Liverpool is the biggest club in the world. I supported them as a child