Azerbaijan

“Obama bizə dağılmış bir ordu və İŞİD-i qoyub getdi”

ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizəyə qarşı faəliyyətsizliyə görə onu tənqid edən keçmiş Prezident Barak Obamanı "bacarıqsız" və "ölkənin ən pis prezidentlərindən biri" adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə qida sənayesi və restoran idarəçiləri ilə keçirilən dəyirmi masada jurnalistlərin sualını cavablandırarkən bildirib.

Obamanın hazırkı Prezident Administrasiyasının COVID-19 ilə mübarizəsini tənqid etməsi ilə bağlı suala Tramp "Obama səriştəsiz bir insan idi. ABŞ tarixindəki ən pis prezidentlərdən biri idi. Bizə dağılmış bir ordu və İŞİD-i qoyub getdi. Biz isə İŞİD-i tamamilə təmizlədik", deyə cavab verib.

Obama administrasiyasının onlara "dağınıq bir səhiyyə sistemi" buraxdığını bildirən Tramp buna baxmayaraq, epidemiya dönəmində çox yaxşı iş gördüklərini deyib.

Milli.Az

Football news:

Kike Setien: Griezmann played a great match, understood Messi well, scored a great goal. We changed something
Barca President on the Real Madrid match: VAR always favours one team. I have an unpleasant feeling
Faty scored the 9,000 th goal in the history of Barcelona
Griezmann scored in La Liga for the first time since February with a pass from Messi
Suarez came out on the 3rd place in the list of the best Barca Goalscorers in history
Guardiola lost 3 away games in a row in the League for the first time in his career
About Lautaro Marotta: He has not shown the slightest desire to leave