Azerbaijan

Pandemiya dünyanın aparıcı şirkətlərinin borcunu 1 trilyon dollar artıracaq

2020-ci ildə dünyanın aparıcı kompaniyalarının borcu koronavirus pandemiyası səbəbindən daha 1 trilyon dollar artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "Janus Henderson" analitik kompaniyasının tədqiqatında yer alıb.

Məlumata əsasən, dünyanın ən iri 900 kompaniyasının iş vəziyyətini əhatə edən qlobal korporativ borc 12 faiz artaraq demək olar ki, 9,3 trilyon dollara çatacaq. Hazırda borcların təxminən yarısı - 3,9 trilyon dolları ABŞ şirkətlərinin payına düşür. Bu göstərici üzrə reytinqdə amerikalıların ardınca Almaniya kompaniyaları gəlir - 762 milyard dollar. Təkcə "Volkswagen" konserninin borcu 192 milyard dollara çatıb.

Ötən il də bu göstərici üzrə 8 faizlik kəskin artım müşahidə edilmişdi. Lakin ekspertlərin sözlərinə görə, cari ildə bu sahədə vəziyyət çox mürəkkəbdir. Belə ki, koronavirus pandemiyası nəticəsində gəlirlər xeyli azalıb.

Milli.Az

Football news:

Barcelona intends to sign Bernardo Silva. City can get Semeda
Real are planning to buy Dybala and are ready to include Kroos or ISCO in the deal (Sport Mediaset)
Conte about Inter before the 1/4 Europa League: we Continue to progress, we become stronger
Piontek is Interesting to Fiorentina. Herta wants just over 20 million euros
Barzagli or Grosso will replace Pirlo in Juventus U23
Daudov about Akhmat: I am Sure that the team will Interact better with each new game
Balotelli is Interesting to Besiktas. He is offered 2.5 million euros a year