Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Pike və Şakiranın ortaq sərvəti açıqlandı

Pike və Şakiranın ortaq sərvəti açıqlandı

"Barselona"nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakiranın ortaq sərvəti açıqlanıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ayrıldıqlarını artıq rəsmi şəkildə təsdiqləyən cütlüyün 700 milyon avro ortaq sərvəti var.

Qeyd olunur ki, bu məbləğ tərəflər arasında bölüşdürüləcək. Bununla bağlı həm Şakiranın, həm də Pikenin vəkillərinin çalışdığı bildirilir.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub. Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün Milan (9 yaş) və Saşa (6 yaş) adlı iki övladı var.