Azerbaijan

Polis Bakıda yarım milyonluq maşını saxladı

Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir.

Publika.az Avtosfer.az-a istinadən xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində “99 HJ 999” dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb.

Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.

Sürücü yol polislərinə deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maşınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib.

Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

Football news:

Raphael Leau on the victory over Juve: All the Milan players fought for every ball
Griezmann will remain at Barcelona for the next season
Cristiano on the defeat by Milan: Keep your head up and keep working!
This is the best Milan in years: superkambekom with Juve (3 goals in 5 minutes!) saved the intrigue in Serie A
Zlatan Ibrahimovic: I am the President, player and coach! If I had been in Milan since the start of the season, we would have taken the scudetto
Sarri on the defeat by Milan: we played first-class football for 60 minutes. Then-turbidity
Pioli on the victory over Juve: Milan became a team. We can play even better