Azerbaijan

Psixoloq: "Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı"

Azərbaycanda koronavirusla mübarizəyə qarşı tələb olunan bütün tədbirlər dövlət səviyyəsində davamlı olaraq, həyata keçirilir. Hər gün həkim heyəti insanları müayinə edir, tibbi müəssisələr işləyir, küçələr və iaşə obyektləri dezinfeksiya edilir. Lazımi mütəxəssislər insanlara dövlət səviyyəsində həm tibbi, həm də psixoloji dəstək göstərirlər.

Milli.Az bildirir ki, bunu Trend-ə psixoloq Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik hissi yaradır:

"Çünki bu zaman insan vəziyyətə nəzarət hissini itirir. Hər şeyə ağılla yanaşmağı sevən və davamlı güvənə ehtiyacı olan insan üçün bu, böyük psixoloji krizisdir. Müasir və inkişaf etmiş ölkələrdə yaşayan insanlar bu kimi halların sosial dəstəyin və tibbi inkişafın aşağı olduğu ölkələrdə ola biləcəyini düşünürdülər. Lakin son baş verənlər bu fikri alt-üst etdi. Nəticədə hər şeyi ağılla həll edən insan toplumu bu virus qarşısında aciz qaldı. Krizis yaşanır, insanlar isə fərqli reaksiya göstərirlər".

Psixoloq əlavə edib ki, belə bir halda əsas iş dünya təcrübəsinə nəzər yetirərək düzgün davranış strategiyasını müəyyən etməkdir:

"Bura dövlətin qoyduğu müvəqqəti qayda-qanunlara əməl etmək, tibbi dəstəyi təmin edən qaydalara riayət etmək, sosial dəstəyi təyin edən informasiyaları paylamaq daxildir".

Psixoloq əlavə edib ki, insanlar dünyada sürətlə yayılan koronavirus təhlükəsinin ciddiliyini nəzərə alaraq, kütləvi tədbirlərdən və ictimai yerlərdən kənar olmalı, özünün və yaxınlarının sağlamlığına təsir göstərəcək gigiyenik davranış qaydalarına riayət etməlidir:

"Bu, bir psixoloji sınaqdır. Bu hadisə bizi məcbur etdi ki, həyata fərqli baxaq və həyatımızdakı dəyərləri yenidən qiymətləndirək. Bu səbəbdən ailə dəyərlərini qiymətləndirməliyik. Hər bir epidemiyanın partlayış və sönməsi dövrü olur. Bunu nəzərə alaraq, fikrimizi özümüzü və ailəmizi güclü, pozitiv edən, bizi xoşbəxt edən məqamlara yönəltməliyik. Qonşuluqda ehtiyacı olan imkansız və ya yaşlı olan insanlara dəstək olmaq üçün addımlar ata, onlara yemək göndərə, maska, spirtlə təmin edə bilərik. Özəl və dövlət sektorunda çalışan, evdə qalaraq işə çıxmayan klinik psixoloqlarının xalqa dəstək üçün canlı yayımlar və ya video görüntülər etməsi gözəl olardı. Psixoloji problemləri olan, təşviş və fobik pozuntuları olan insanlarımız krizis xətlərinə zəng edə, yaşayış yerinə yaxın poliklinikalardakı həkimlərdən dəstək ala bilərlər".

Milli.Az

Football news:

Lionel Messi: the news about the postponement of the America's Cup has hurt A lot. It would be a big event for me
Artur informed Barca and Juve that he would not move anywhere
The Senate rejected the proposal on the restart of Ligue 1. Now it can be achieved only through the court
The clubs of the Premier League unanimously supported the resumption of contact training
Lionel Messi: someone will say that character is 40, 50 or even 60% of football. This was taken more seriously
Borussia bosses have been in contact with Niko Kovac in recent months
The President of Lyon is desperately fighting for the restart of the season. Calls the League 1 bosses idiots, sent a letter to the government