Azerbaijan

Qaraciyərinizi bu analizlərlə yoxladın -

ALT, yəni Alanin Aminotransferaza analizi qaraciyərin zədələnməsini yoxlamaq üçün aparılan qan analizidir. Qaraciyərin müxtəlif mənşəli zədələnmələri zamanı - dərman maddələri, alkoqol, virus hepatitləri və s. təyin olunur.

Bizim qaraciyərimiz çox vacib funksiyalar yerinə yetirir:

qəbul etdiyimiz qidaların həzmi üçün öd sintez edir

qandan bütün toksinləri və artıq maddləri təmizləyir

fermentlər və xolesterol sintez edir

Milli.Az medicina.az-a istinadən bildirir ki, hepatit və sirroz kimi xəstəliklər qaraciyəri zədələyərək bu həyatı vacib funksiyaları yerinə yetirməyə qoymur.

Medicina.az xəbər verir ki, ALT ən çox qaraciyərdə olur, az miqdarda böyrəkdə və digər orqanlarda da rast gəlinir. Orqanizmimiz ALT-dən qida maddələrini enerjiyə çevirmək üçün istifadə edir. Normada ALT səviyyəsi qanda aşağı olur. Əgər qaraciyər zədələnmişsə o daha çox ALT sintez edir, nəticədə qanda da miqdarı yüksəlmiş olur.

ALT ilə birgə digər qaraciyər sınaqları AST, QQT, ALP, Albumin, Bilirubin aparılır.

ALT analizi nə vaxt təyin olunur:

Hepatit viruslarına yoluxma zamanı

Çoxlu alkoqol qəbulu zamanı

Əgər ailə anamnezində qaraciyər xəstəliyi varsa

Qaraciyəri zədələyən dərman qəbul edilmişsə

Həmçinin illik profilaktik çek-ap müayinələrinə ALT daxil edilir.

P.S. ALT-nin rast gələ biləcəyiniz köhnə adı serum glutamik-piruvik transaminaza (SGPT)dir.

Qaraciyərin funksional pozğunluğunu və necə işləməsini bilmək üçün bu analizləri
Medi Plus klinikasının yeni və sərfəli laboratoriyasında verə bilərsiz. Eləcə də terapevt məsləhəti ala bilərsiz.

Heç bir narahatlıq hiss etməyən şəxslər belə ildə 1 dəfə bu analizləri verməlidir.

Milli.Az

Football news:

With Lukaku, it is useless to play in a power struggle. Shakhtar defender Bondar on the Inter forward
Ivanov will serve the match OF AZ-Rijeka in the Europa League. Rotor appealed his refereeing in the game with Loko
Gasperini on Ajax: it's not easy for everyone Against them. Atalanta made a great comeback
Real Madrid came away from defeat for the 8th time in a Champions League match, losing by 2 goals. The club has updated its record
Felix on red Bull's double: I enjoy playing in the Champions League the Most
Casemiro about 2:2 with Gladbach: The opponent entered the Real Madrid penalty area twice and scored twice. This is football
Guilherme about 1:2 with Bayern: Loko again showed that he can play against any opponent