Azerbaijan

Ramiz Mehdiyev sabiq nazirlə bağlı qərar verdi - YENİ TƏYİNATLAR

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Publika.az-a verilən məlumata görə, V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, Ə.Abbasov 2004-2014-cü illərd Rabitə və Yüksək Texnologiyalar naziri, 2014-2015-ci illərdə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Həmçinin AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini Məmməd Elxan oğlu Bağırzadə də vəzifəsindən azad olunub.

Football news:

Solskjaer on transfers: No news. Working with what we have, Manchester United have a big squad
Guardiola confirmed that Zinchenko will stay at Manchester City
Bayern won 5 trophies in a year. To repeat the record Barca need to take another
Flick took 5 trophies with Bayern after 40 matches
Marcel: Alvaro Gonzalez is not a racist. Any accusations against him are unfair and unfounded
Sharonov will enter the headquarters of Cyprus Paphos. The team was led by Ukrainian Mikhailenko
Manchester City offered Barca to rent Zinchenko. The English want to sign Tagliafico