Azerbaijan

Rusiya və Türkiyə koronavirusa qarşı peyvənd üzərində birgə işləyəcəklər

Rusiya və Türkiyə koronavirusa qarşı peyvənd üzərində birgə işləyəcəklər

Rəcəb Tayyib Ərdoğan Vladimir Putin

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova və Türkiyə Səhiyyə nazirinin müavini Əminə Alp Meşə koronovirus infeksiyası ilə mübarizə məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin koronavirusa qarşı peyvənd hazırlanması ilə bağlı məsələləri də nəzərdən keçiriblər. Rusiya və Türkiyə rəsmiləri qeyd ediblər ki, hər iki ölkədə epidemiyaya qarşı görülən kompleks tədbirlər infeksiyanın geniş yayılmasının qarşısını alır. Türkiyə tərəfi Rusiya ilə koronavirusa qarşı peyvənd hazırlanması üzərində işləməyə hazır olduğunu vurğulayıb. Görüşdə alimlərin və ekspertlərin məsləhətləşmələr keçirməsinə dair razılıq da əldə edilib.

AzərTAc xatırladır ki, mayın 18-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı koronavirusun müalicə metodlarının və peyvənd hazırlanması sahəsində əməkdaşlığın vacibliyi qeyd olunmuşdu.

Football news:

Liverpool made a request to lease Dembele. The Frenchman intends to stay in Barcelona (Di Marzio)
Lyon midfielder AUAR wants to move to Juventus. Liverpool, PSG and Manchester City are Interested in him
Bayer has extended the contract with defender Wendell until 2022
Wasserman became the new agent for Fede Valverde
Kurzawa took part in a protest against racism in Paris. 20 thousand people took to the streets
Pedro will leave Chelsea in the summer. Roma-the favorite in the fight for the player (Calciomercato.it)
Liverpool, Chelsea and Manchester United have 12 days to buy Werner for 55 million euros. Then the discounts will end