Azerbaijan

Rusiyanın Qarabağdakı müharibəyə qarışmamasının səbəbləri – Putin Ermənistanı cəzalandırır

Rusiyanın Qarabağdakı müharibəyə qarışmamasının səbəbləri - Putin Ermənistanı cəzalandırır

Siyasi analitik, Maltepe Universitetinin professoru Süleyman Seyfi Ögün Cənubi Qafqazda baş verən hadisələrin şərhini verib.

Bizimyol.info Professor Ögünün son günlər regionda baş verən hadisələrə dair şərhini təqdim edir:

Süleyman Seyfi Ögün

Qafqazda böyük hesablaşma başlayıb. Tovuz hadisələrindən sonra sönmüş atəş yenidən alovlandı. Bu gün bir çox siyasətçilər Dağlıq Qarabağda 5 gündür davam edən döyüşlərdə kimin ilk atəş açdığını soruşur, müqəssir axtarırır. Əslində kimin ilk atəş açması məsələsi önəmli deyil.Əgər savaşı Ermənistan ordusu başladıbsa, bu onun hər zaman etdiyi bir işdir, Azərbaycan ordusundan tez davranıb pozisiya əldə etmək məqsədi güdüblər. Əgər Azərbaycan ilk atəş açıbsa bu onun tam hüquqi haqqıdır.Çünki müharibə meydanı Azərbaycan torpaqlarındadır. Azərbaycan üçün bıçaq sümüyə dayanıb. Ermənistan hazırda bölgədə yaşananları dünya ictimaiyyətinə Türkiyə Azərbaycan ittifaqının özünə hücumu kimi qələmə verməyə çalışır.Çoxları hesab edir ki, Ermənistan tək başına belə bir hücuma cürət edə bilməzdi, o Rusiyadan güc alır.Bu fikirlərə qatılmıram. Bir çox siyasətçilər Rusiyanın Liviya və Suriyada toqquşan maraqlar zəminində Türkiyəni zəiflətməyi hədəf aldığını düşünrlər. Bu fikrə də qatılmıram.Bu günlərdə neft gəlirləri azalan, iqtisadi sıxıntılar yaşayan, yeni NATO quruluşu ilə əlaqədar Şərqi Avropadan təzyiq alan, Avropa ilə enerji axışı əngəllənən,Krıma görə aldığı sanksiya və embarqoları böyüdülən , Belorusa başı qarışan Rusiya özü üçün kritik dərəcədə əhəmiyyətli olan Cənubi Qafqazı qarışdırmaqla nə əldə edəcək? Bundan əlavə, Paşinyanın Qərbdən dəstək aldığını ,Ermənistanın yeni Gürcüstana çevirmək istəyənlərin varlığını da Rusiya unutmur.Bu əlbəttə boş bir təşəbbüsdür və Rusiya Ermənistanı əldə saxlamaq üçün öz hərbi qüvvələrinə güvənir.Amma bu aralar Rusiya niyə Ermənistana havadarlıq etmir? Sadəcə vasitəçilik rolunu üstlənir? Çünki, Rusiya Azərbaycan üzəridən Ermənistanı cəzalandırır, Azərbaycanın Ermənistanı əzməsinə göz yumur.Əzik və məğlub Ermənistanın özünə daha şərtsiz tabe olacağını bilir.Könlümüzdən keçən odur ki, Azərbaycan Qarabağdakı işğalı tamamilə aradan qaldırsın. Lakin bunun tək mərhələdə və çox tezliklə ediləcəyinə ianmıram.

Hesab edirəm ki, Dağıq Qarabağa qonşu olan işğal altındakı rayonlar azad ediləcək, Rusiya burada da Soçivari bir qurum üzərindn Türkiyəni də daxil etməklə yeni bir saziş imzalayacaq ki, Cənubi Qafqazda nəzarəti itirməsin.

Başqa bir varianta baxaq. Rusiya deyilsə, Ermənistanı xaricdən hansı güc qarışdırmış , dəstək çıxmış ola bilər? Əlimizdə dəlil yoxdur. Lakin dünyadakı ən böyük erməni diasporuna sahib olab Fransanın iştirakını da yadırğamaq olmaz. Fransa Belorusda Lukoşenkonun istefa tələblərinə qədər gətirib çıxarmış olan etirazlara altdan - altdan yardım etdi. Fransanın bu günkü susqunluğu məndə şübhə oyandırır. Digər tərəfdən ABŞ həm enerji, həm logistika naminə Cənubi Qafqazda üstünlük əldə etmək, həm Türkiyə- Rusiya- İran münasibətlərini zəiflətmək baxımından bu addımı ata bilər.Əslində hazırda Azərbaycanla Ermənistan arasında baş verən savaşın əsas hədəfi Türkiyə- Rusiya- İran münasibətlərinin pozulmasına hesablanmış olacağına daha çox əminəm. Əgər bu 3 dövlət qurulmuş oyunu görüb vəziyyətə daha ayıq nəzərlə baxsalar, mən ümid edirəm belə olacaq bu təcrübə özündən geriyə bitmiş və iflas etmiş bir Ermənistan buraxaraq tarixə qovuşacaq.

İlhamə Rəsulova

Football news:

Lampard named Xavi and Iniesta as the best players he has played against
Increasing selfishness and greed is the last thing the world needs right now. UEFA Vice-President on the European super League
Juve responded to Barca Pro 🐐 : We will bring you a real one at the camp Nou
Lampard thinks Messi is better than Ronaldo: I Choose Lionel because of pure, natural talent
He really wanted to play football, but he knew that he would not become a professional. Then he wrote a book about his favorite game
Structurally, Juve and Barcelona are very similar. Koeman won the case, and Pirlo smartly explained the tactics after the match
Alex telles has contracted the coronavirus