Azerbaijan

Rusiyaya qarşı AĞIR QƏRAR: gələn ilə qədər...

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, Aİ Krım və Sevastopolun qanunsuz ilhaqından dolayı Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərin müddətini 23 iyun 2021-ci il tarixinə qədər uzadıb.

Qərara əsasən, Aİ vətəndaşları və şirkətlərinin Krım və Sevastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır. Avropa İttifaqı ölkələrinə bu bölgələrdən məhsul idxalına icazə verilmir. Aİ vətəndaşları və şirkətləri bu bölgələrdə daşınmaz əmlaka malik ola, buradakı şirkətlərə maliyyə qaynağı təmin edə bilməz.

Krım bölgəsinə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə ediləcək bəzi məhsul və texnologiyalar ixrac edilmir. Xüsusilə, neft, təbii qaz, mədən axtarışları, çıxarılması və istehsalına dair texnologiyanın təmin edilməsi qadağandır.

Zümrüd

Football news:

Griezmann scored in La Liga for the first time since February with a pass from Messi
Suarez came out on the 3rd place in the list of the best Barca Goalscorers in history
Guardiola lost 3 away games in a row in the League for the first time in his career
About Lautaro Marotta: He has not shown the slightest desire to leave
Conte on 1:2 with Bologna: Inter's Level is much lower than expected
Jurgen Klopp: Liverpool need three points, not a record. You can't break a record if you think about it all the time
Klopp on 2-0 with Aston Villa: Liverpool are successful because they win difficult matches