Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şəhid ailələri və qazilərimiz Qran-Prini izlədilər

Şəhid ailələri və qazilərimiz Qran-Prini izlədilər

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran-Prisi ikiillik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Day.Az xəbər verir ki, iyunun 10-12-də keçirilən möhtəşəm Bakı yarışının tamaşaçıları arasında İkinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz dəvət olunub. Fəxri qonaqlar Azərbaycan Qran-Prisinin həyəcanını üç gün izləyə biləcək.

Qırx dörd günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı şəhər halqasının azarkeşləri sırasında görmək qürurvericidir.