Azerbaijan

Şəmkirdə yaşayan erməni qadın danışdı -

Azərbaycanda yaşayan on minlərlə ermənidən biri, Şəmkir rayon sakini Ofeliya Qriqoryan Türkiyə mətbuatına danışıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, O.Qriqoryan "Haber Global" televiziyasına müsahibəsində bildirib ki, 1973-cü ildə Azərbaycanda anadan olub:

"Anam azərbaycanlı, atam isə İslamı qəbul edən erməni idi. Həyat yoldaşım 2004-cü ildə vəfat edib, iki övladım var. Bu günə kimi heç kim erməni olduğuma görə mənə qarşı aqressiv olmayıb.

Azərbaycanlılarla necə, mənimlə də elə davranırlar. Biz burada bir ailə kimiyik, hamımız birik. Dua edirəm ki, Allah əsgərlərimizi qorusun, inşallah, tezlikdə torpaqlarımız geri qayıdar. Azərbaycan bütün torpaqlarını geri alsın, başqa bir şey istəmirəm. Müharibə bitsin, uşaqlarımız yaxşı yaşasın".

O.Qriqoryan deyib ki, oğlu iki il öncə hərbi xidməti başa vurub: "Yenə çağırılarsa, cəbhəyə könüllü gedər. Mən də razıyam ki, oğlum döyüşə getsin. Mən onunla fəxr edirəm. Ermənilərə də səslənirəm ki, gedib öz torpaqlarında yaşasınlar, Qarabağ Azərbaycanın torpaqlarıdır".

Milli.Az 

Football news:

Brugge coach on the match with Borussia: If you only defend, you have a better chance of losing
Mason mount: Chelsea's Goal is to always be No. 1 in all competitions and take trophies
Lewandowski on ending his career at Bayern: I don't know. There are still 2.5 years left on the contract
Bayern prepared a t-shirt with the name of Medvedev: Bayern Munich congratulated Russian tennis player Daniil Medvedev on winning the final ATP tournament
Andrea Pirlo: I feel the same way about Ronaldo as I Do about Work and Portanova. This is me
We study how the players sit in the locker room. Messi in the center, Lukaku wanted Drogba's place, and Roy Keane yelled at the young Pique
President Vasco da Gama: we need Balotelli in terms of fighting racism, not just as a player