Azerbaijan

Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi

Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə başlanılır.

Milli.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-də saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər

qüvvədə qalır:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

- açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.

Eyni zamanda, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər də qüvvədədir:

- ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

- sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

- "ASAN xidmət" və DOST xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

- bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması və s.

Operativ Qərargah vətəndaşları mövcud preventiv tədbirlərin şərtlərinə, tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.

Milli.Az

Football news:

The Agent Of Gareth Bale: In real Life, Gareth was treated differently. I hope there will be no question of a return
Micah Richards: People write: Richards only works live because of BLM. I achieved this through hard work
The former Director of Barca: Martino said Messi: I know that if you call the President, he will throw me out
Liverpool are in contact with Mbappe's entourage and will compete for him with Real Madrid next summer
Carragher on de Bruyne: Next after Messi and Ronaldo. This is the best player in the Premier League
Morata arrived in Turin. He goes to Juve on loan
Barcelona wanted to buy Tiago before he moved to Liverpool. Catalans were ready to pay 10 million euros