Azerbaijan

Samsung tarixində ilk

Bir tərəfdə Exynos, bir tərəfdə Snapdragon. Bir tərəfdə Samsung, bir tərəfdə Qualcomm. Smartfon ekosistemində 2 böyük çipset istehsalçısı olan Samsung və Qualcomm-a məxsus Exynos-Snapdragon prosessorları həmişə rəqabətdə olublar. Həmişə Qualcomm Snapdragon çipsetləri həm performans olaraq, həm enerji istifadəsi olaraq Samsung Exynos-u qabaqlayıb. Lakin indi deyəsən vəziyyət dəyişir.

Exynos 1000 çipseti performans testlərində Snapdragon 875-dən daha üstün nəticə göstərə bilib.
                Geekbench performans testlərinin paylaşıldığı Koreyaya məxsus bir forumda paylaşılan məlumatlara görə birində Exynos 1000, digərində Snapdragon 875 çipseti olan 2 ədəd Galaxy S21 smartfonu müqayisə edilib. Əlavə olaraq Snapdragon 875 istifadə edən Xiaomi Mi 11 də testlərdə istifadə edilib. Exynos 1000 istifadə edən Galaxy S21 smartfonu performans testlərində həm tək nüvə, həm çox nüvə testlərində daha yüksək xal toplaya bilib. Beləki Exynos 1000 tək nüvə testində 1302 xal, çox nüvə testində isə 4250 xal toplayıb. Snapdragon 875 istifadə edən Galaxy S21 isə tək nüvə testində 1159 xal, çox nüvə testində isə 4090 xal toplayıb. Həmçinin Xiaomi Mi 11 smartfonu tək nüvə testində 1102 xal, çox nüvə testində 4113 xal toplayıb. Nəticələrdən göründüyü kimi Exynos 1000 çipseti daha güclü performans göstərə bilib.

Qeyd edək ki, çipset nüvələrini və arxitekturasını hazırlayan ARM şirkət Cortex X1 nüvəsini təqdim etmişdi. Bu nüvənin istifadə edildiyi çipsetlər daha güclü performans göstərə bilirlər. Verilən məlumatlara görə Samsung xüsusilə Cortex X1 nüvəsinin performansını artırmağa fokuslandığı üçün testlərdə Snapdragon 875-i keçə bilib. Təbii ki, Qualcomm da Cortex X1 nüvəsini Snapdragon 875 çipsetində istifadə edir. Lakin qeyd etməliyik ki, hər iki çipset də hələ son versiyalarında deyil. Yəni bu prosessorların təkmilləşmə prosesi bitdikdə nəticələr yenə dəyişə bilər.

Milli.Az

Football news:

Hector Herrera on 0:4 with Bayern: We played very well with the best team in the world. Don't write off us
Antonio Conte: Borussia are well prepared, they have a lot of potential. Inter could have won
Guardiola on 3:1 with Porto: a Good start. In the Champions League, there are 5 substitutions, the players who came out showed themselves well
Flick about Mueller: he's a continuation of the coach's hand on the field. Thomas manages the team, drives it forward
Gian Piero Gasperini: Miranchuk has just started training. We have a lot of players, rotation is inevitable
Goretzka about 4:0 with Atletico: We were lucky that we didn't miss out at the beginning. It took 10 minutes to get involved
Klopp on the win over Ajax: it wasn't radiant football, but we scored three points