Azerbaijan

Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb -

Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M. Mehbalıyeva Samux rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.

Samux və Göygöl rayon Polis Şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E. Məmmədov və T. Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Milli.Az

Football news:

Fomin about career abroad: I don't plan so: in 20 — FNL, in 22 — RPL, in 24 — Europe. I move step by step
Mendes suggested Manchester United's Fati as an alternative to Sancho. Barcelona will not sell the midfielder and will extend his contract
Sevilla goalkeeper bunu about the 11-meter shot: he Coached a penalty with Ocampos. He is hitting the same way as Jimenez
Coach Porto conceição can change Conte at the head of Inter
Hans-Dieter flick: I Think Tiago should play in the Premier League. He wants a new challenge
Coutinho can play against Barca. The contract does not specify a ban on his participation in the match
The real life thinking about to return to Zeballos. The decision is up to Zidane