Azerbaijan

Sevdiyi qıza görə özünü asdı -

Xaçmazda intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 18-də Nərəcan kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu özünü asaraq intihar edib.

Əldə etdiyimiz məlumata görə, Mahir sevdiyi qıza görə canına qəsd edib. Belə ki, imkansız ailənin övladı olan Mahirin ailəsi oğullarının sevdiyi qıza elçi getməsinə razı olmayıblar. Buna görə də 25 yaşlı gənc özünü asıb.

Hadisə baş verməmişdən öncə Mahirin sevdiyi qız onun anasına zəng edərək, oğlanın özünə nəsə edəcəyindən qorxduğunu bildirib. Zəngdən çox keçməyib ki, Mahir özünü asıb. Yaxınları mərhumu ipdən asılmış halda aşkarlayıblar. Bu zaman 25 yaşlı gənc çoxdan keçinmiş olub.

Qeyd edək ki, Mahir Səfərovun qardaşının hərbi xidmətdə olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Səfərovun əsgər qardaşı hadisədən xəbərsizdir.

Milli.Az

Football news:

Кад Cadiz returned to La Liga after 14 years
Pioli about 2:2 with Napoli: One point is a good result
Gattuso on Milan's penalty: the Rule needs to change. Jumping with your hands behind your back is another sport
Milan will offer 25 million euros for Celtic defender Ayer
Klopp on plans: Four years at Liverpool. After that, I want to do nothing for a year
Rogers Pro 1:4 with Bournemouth: Leicester play well only 45 minutes after the break
Inter and Roma are Interested in Garay