Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

SON DƏQİQƏ! İcra başçısı məhkəməyə gətirildi

SON DƏQİQƏ! İcra başçısı məhkəməyə gətirildi

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

İcra başçısı Xural tv internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə dindirilib. İcra başçısı "Əvəz Zeynallı işində "Yaşıl Mənzərə"MTK-işi üzrə ifadə verib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib./News24.az