Azerbaijan

SON DƏQİQƏ: Suriyadan ermənilərlə bağlı SENSASİON QƏRAR

Suriya parlamenti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyıb.

Publika.az xəbər verir ki, qərar layihəsi millət vəkilləri tərəfindən səsvermədə qəbul edilib.

“Armenpress” xəbər agentliyinin məlumatına görə, Suriyada işləyən jurnalist Sarkis Kassarqian məlumatı yayıb.

Parlamentin katibi Rami Saleh məsələ ilə bağlı açıqlamasında daha əvvəl "erməni soyqırımı" qurbanlarının xatirəsinə hörmət etdiklərini xatırlatsa da, bu layihənin qəbul edilməsinin lazımi olduğunu deyib.

Qeyd edək ki, layihə parlamentə Suriya-Ermənistan Parlamentlərarası Dostluq Qrupu tərəfindən təqdim edilmişdi.

Zümrüd