Azerbaijan

Sosial ədaləti təmin edəcək qərar

Ekspertlər hesab edir ki, "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" korrupsiya hallarını tamamilə aradan qaldıracaq 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət var.

Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" (MEİS) yaradılması qeyd edilir. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin və portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, fərman əhalinin dövlətin sosial təminat sahəsindəki xidmətlərinə çıxışını daha da  asanlaşdırılacaq: "Bu yaxınlarda prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində DOST agentliyinin yaradılması haqda fərman vermişdi. Həmin fərmana görə, nazirliyin göstərdiyi bütün xidmətlərin, o cümlədən əmək, məşğulluq, sosial təminat, əlilliyin təyin olunması xidmətlərin həmin agentlik vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Həmin fərmandan irəli gələrək xidmətlər əsasən internet üzərindən və onlayın qaydada həyata keçirilir. Bu günlərdə prezidentin imzaladığı bu fərman isə əslində yaxın gələcəkdə yaradılacaq olan DOST agentliyinin fəaliyyətinin elektron şəkildə təminatını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Sistemin əsasnaməsi 3 ay müddətində təsdiq olunmalıdır. Bundan başqa, bu müddət ərzində portalın hansı qaydada fəaliyyət göstərəcəyinə dair sənəd təsdiq olunmalıdır. O cümlədən, qanunvericiliyə müvafiq qaydada dəyişikliklər ediləcək. Məsələn, elə qaydalar var ki, orada internet üzərindən xidmətlər nəzərdə tutulmayıb. Bu mənada həmin qanunvericilik aktlarına müvafiq dəyişikliklər ediləcək. Qeyd etdiyim kimi, bütün bunlar üçün prezident üç ay müddət təyin edib. Hazırda yüz minlərlə insan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə edir. Bu xidmətlərin hər biri ayrı-ayrı idarələrdə həyata keçirilir. Əsas məqsəd bütün bu xidmətləri vahid pəncərədə cəmləşdirmək və bu xidmətlərin internet vasitəsi ilə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Düşünürəm ki, fərman əhalinin dövlətin sosial təminat sahəsindəki xidmətlərinə çıxışını asanlaşdıracaq və korrupsiya halları tamamilə aradan qaldırılacaq. Çünki birbaşa ünsiyyət aradan qaldırılır".

  Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev söylədi ki, son illər prezidentin rəhbərliyi altında sosial sahədə ciddi islahatlar aparılır: "Aparılan islahatların tərkib hissəsi olaraq əhalinin sosial müdafiəsi, səhiyyə, təhsil sahələrində dünyanın ən innovativ təcrübələri öyrənilərək Azərbaycanda tətbiq edilir. Bu mənada dövlət başçısının imzaladığı bu fərman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bürokratiya hallarının aradan qaldırılması, rüşvətxorluq və süründürməçiliyin tamamilə sıfra endirilməsi, o cümlədən  göstərilən xidmətin operativ və çevikliyinin daha da artırılması məqsədi daşıyır. Dünyanın aparıcı və inkişaf etmiş ölkələrində bu sistemlər tətbiq olunur. Sosial xidmətin elektronlaşdırılması ilk növbədə vətəndaşın məmurla ünsiyyətinin azaldır və hesab edirəm ki, məhz bu amil neqativ halları aradan qaldıracaq. Digər tərəfdən, elektron qaydada xidmətlərin tətbiqi ilə hər iki tərəfin vaxtına qənaət ediləcək. Bununla yanaşı, qeyd etdiyim ki, elektron xidmət görülən işlərin keyfiyyətinin və mədəniyyətin yüksəldilməsinə yönələn bir addımdır. Bütövlükdə götürdükdə, son dövrlərdə Azərbaycanda elektron hökumətin qurulması istiqamətində işlər aparılır. Bu sahədə aparılan islahatlar hökumət quruculuğunun tərkib hissəsi kimi qəbul edilə bilər. İşədüzəlmə, sosial yardımların alınması, pensiya və müavinətlərin təyinatı, əlilliyin ekspertizası, əlillərin reabilitasiyası və onlara göstəriləcək sosial inteqrasiya ilə bağlı xidmətlərin keyfiyyətini yüksəltmək üçün bu işlər görülür. Daha əvvəl ölkə başçısının fərmanına əsasən DOST agentliyi yaradıldı. Həmçinin əməyin mühafizəsi fondunun yaradılması ilə bağlı işlər aparılır. Sonuncu fərmana əsasən, xidmətin elektronlaşdırılması əhali tərəfindən də böyük məmnunluqla qarşılanır. Çünki 21-ci əsr elektron xidmət dövrüdür. Hesab edirəm ki, bu fərmandan irəli gələn məsələlər qısa müddətdə həll olunacaq. Gələcəkdə qanunvericiliyə müvafiq dəyişikliklərin ediləcəyi də istisna deyil. Görülən bu işlər sosial ədalətin təmin olunmasında böyük rol oynayacaq".

Milli.Az

Football news:

About Lautaro Marotta: He has not shown the slightest desire to leave
Conte on 1:2 with Bologna: Inter's Level is much lower than expected
Jurgen Klopp: Liverpool need three points, not a record. You can't break a record if you think about it all the time
Klopp on 2-0 with Aston Villa: Liverpool are successful because they win difficult matches
Mane on 2-0 with Aston Villa: Liverpool deserved 3 points, but you can't expect 4-5 goals against a good opponent
Salah scored 100 (73+27) points in 116 games in the Premier League. Only Shearer reached this mark faster
Alaves Garitano dismissed after five defeats in a row. The club is in 15th place in La Liga