Azerbaijan

Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi

Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən "Yaşıllar" partiyasının həmsədri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu, sentyabrın 12-də keçirilmiş qurultayda partiyanın nizamnaməsinə edilmiş dəyişikliklər nəticəsində baş verib. Dəyişikliklərə əsasən, partiyaya 2 həmsədr rəhbərlik edəcək. Həmsədr seçilən soydaşımıza ətraf mühitin qorunması məsələləri həvalə edilib.

Xatırladaq ki, Züleyxa İsmayılova siyasətçi olmaqla yanaşı eko-aktivist, fotoqraf və jurnalistdir. Öncə ətraf mühitin müdafiəsi məsələləri ilə məşğul olan "Eston yaşıllar hərəkatı"nda könüllü kimi fəalliyət göstərib, 2005-ci ildən siyasətə qoşularaq Sosial-Demokatlar Partiyasına daxil olub. 2012-ci ildə bu partiyanı tərk edib, iki il sonra "Estoniya Yaşılları" partiyasına üzv olmağa üstünlük verib.

Qeyd edək ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Atası azərbaycanlı, anası estondur. Atasının vəfatınadək ailəsi Azərbaycanda yaşayıb. Sonra anası və bacısı ilə birlikdə Estoniyaya qayıdıb, 2017-2019-cu illərdə Tallinn şəhərinin vitse-meri vəzifəsində işləyib.

Milli.Az

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi