Azerbaijan

Süni intellekt sahəsində layihələrin sayı 10 dəfə artacaq

"Gartner" analitik şirkəti süni intellekt və kompüter təlimi sahəsində layihələrin sürətli inkişafını proqnozlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda süni intellekt və kompüter təlimi platformaları ilə işləyən təşkilat və şirkətlər müvafiq sahələrdə orta hesabla 4 layihə həyata keçirirlər. Ümumilikdə respondentlərin 59 faizi bu və ya digər şəkildə süni intellekt vasitələrini tətbiq etdiyini bildirib.

Növbəti il ərzində süni intellekti tətbiq edən təşkilatlar süni intellekt və kompüter təlimi texnologiyalarından istifadə etməklə altı layihə icra etmək niyyətindədirlər. Beləliklə, onların sayı 10-a çatacaq.

2021-ci ildə qeyd olunan göstəricinin 20-dək artacağı (cari illə müqayisədə 5 dəfə artım) gözlənilir. Proqnoza görə, 2022-ci ildə isə təşkilat və şirkətlər tərəfindən süni intellektlə əlaqədar layihələrin sayı 35-ə çatdırılacaq. Başqa sözlə, bu rəqəm cari illə müqayisədə 10 dəfə artacaq.

Süni intellekt və kompüter təlimi vasitələri bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa, eləcə də yeni servis və müştəri platformalarının qurulmasını sürətləndirməyə imkan verir.

Milli.Az

Football news:

Ole Gunnar Solskjaer: no One wins alone, unless you're Maradona
Ocampos on Messi: you Look at him as a God, but he is real. Leo helps the players
Solskjaer on the martial-Rashford-Greenwood trio: Nothing new for Manchester United. Remember Ronaldo, Rooney and Tevez?
Josep Bartomeu: Barcelona have won La Liga 8 times in 11 years. Historic achievement
Lineker on the CAS decision on Manchester City: it's Hard to know what will happen to the FFP rules after this
Holand's busy holidays: first I sawed trees with my father, then I had a fight with a security guard at a night club
Tebas on Manchester City's participation in European competitions: CAS does not meet the arbitration standards