Azerbaijan

Təmas xəttində raket və top mərmiləri aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) müraciət daxil olub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, daxil olmuş 19 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboy rayonunun Səfikürd və Meşəli kəndləri, Tərtər rayonun “Gölyel” adlanan ərazisi, Avtovağzalın yanı, Düyərli kəndi, Şıxarx və Yeni qəsəbə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 5 ədəd raket, 1 ədəd top mərmisi və 4 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 7 ədəd raket və 1 ədəd aviobomba partlayış yolu ilə zərərsizləşdirilib.

Football news:

Bernardo Silva: If Manchester City could get Mbappe, it would be nice
Bartomeu responded to Pique: it is not True that Barcelona spent money on criticizing players in social networks. The audit confirms this
Rafael Leau on 3-3 with Roma: Milan did everything to win, I'm disappointed. Ibra is an example for all of us
Son Heung-Min led the Premier League Goalscorers with 8 goals in 6 games. 7 of them are from Kane's passes
Conte on Shakhtar's level: You can't accidentally score three goals for Real Madrid. This is a strong team
Barca fans believed in the early departure of Bartomeu (due to disputes over the date of the referendum). In vain: there were no thoughts of retirement, the trophies are somewhere near
Josep Bartomeu: I had no intention of resigning. Barca will have trophies this season