Azerbaijan

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub - FOTO

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Milli.Az-a bildirilib ki, qonağı salamlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərində belə demək mümkünsə, daha parlaq çalarlar özünü göstərməkdədir. Bu, hər iki ölkənin bir-birinə beynəlxalq müstəvilərdəki konkret dəstəyinin ifadə olunması fonunda baş verir. Sevindirici haldır ki, ümumi ahəng media sahəsinə də öz təsirini göstərməkdədir.

"Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyein İstanbulda keçirdiyi görüşlər, mövcud xüsusda Azərbaycan-Türkiyə Media Platformasının formalaşdırılması ilə bağlı fikirlər bunu deməyə əsas verir. Düşünürəm ki, ideyanın gerçəkləşməsi üçün kifayət qədər münbit zəmin, yüksək siyasi iradə var", - deyən Ə.Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Türkiyənin Azərbaycandakı Səfirliyi ilə kifayət qədər oturuşmuş əməkdaşlıq münasibətlərinə malikdir. MŞ sədri bu münasibətlərin perspektiv planların reallaşması baxımından öz sözünü deyəcəyinə əminliyini dilə gətirib.

Ə.Amaşov, həmçinin bildirib ki, Şura Türkiyə Mətbuat Şurası ilə də sıx əlaqədədir. Hər iki qurum birlikdə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının işində yaxından iştirak edir, ortaq mövqə və mənafeləri önə çəkir. "Məlum olduğu kimi, bir müddət öncə Yunanıstanın mətbuat orqanlarından biri Türkiyə Prezidenti barədə bütün etik normaları, jurnalistika prinsiplərini aşan material yayımlamışdı. Biz Türkiyə Mətbuat Şurası ilə birgə məsələni Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə keçirilmiş toplantısında qabartdıq. Təşkilatın yekdil mənfi rəyinin formalaşmasına nail olduq. Bu kimi misallar yetərincədir", - deyə MŞ sədri vurğulayıb.

Səfir E.Özoral da öz növbəsində Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan məmnunluğunu ifadə edərək bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya əməkdaşlığın media müstəvisində daha dolğun nəticələr əldə etməsi istiqamətində çalışmaqdadır. Səfir bununla bağlı Mətbuat Şurası ilə birgə fəaliyyətin də önəmini vurğulayıb. O, həmçinin Türkiyə və Azərbaycanın birgə Media Platdorması yaratmaq ideyasına da toxunub. Bildirib ki, bu istiqamətdə ilk addımlar atılmağa başlayıb. Yaxın zamanlarda platformanın həyata keçəcəyinin şahidi olacağıq.

Görüşdə hər iki ölkənin media quruluşları arasındakı münasibətlərin konkret durumuna diqqət yetirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Football news:

Marcus Rashford is the pride of all England, from the Queen to Jurgen Klopp. He again fed children across the country - and received the Order
Pjanic-Habibu: Good luck, brother. Inshallah, we will win
Klopp on Rashford's charity: I hope mom is proud of him. I'm proud
Troy deeney: I was called a black asshole, and social media said it wasn't racist. Do companies even want to change this?
Miralem Pjanic: Sorry didn't trust the players at Juventus. It's a shame when people are judged incorrectly
Wenger on why he didn't mention Mourinho in the book: he Didn't want to talk about Jose, Klopp or Pepe because they are still working
The perfect project to lose money. An idea for dreamers. Tebas on the European Premier League