Azerbaijan

Türkmənistanda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar

Türkmənistanda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar

Türkmənistanda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar

Türkmənistanda qadınların avtomobil idarə etməsinə isti yanaşılmırdı. İndi sürücülük vəsiqəsinin müddəti bitənlərə süni əngəl də yaradılır.

Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar. Müddəti artırmağa çalışanlara ciddi problem yaradılır. Yeni sürücülük vəsiqəsindən isə heç söhbət gedə bilməz.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Alternativ medianın yazdığına görə, prezident Qurbanqulu Berdıməhəmmədovun bununla bağlı ciddi tapşırığı var. Buna görə də Dövlət Yol Polisi Müfəttişliyi qadınların qarşısını kəsib. Sentyabrın 21-də bir qrup qadın sürücü Daxili işlər naziri Məmmədxan Çakıyevlə görüşə cəhd göstərib. Nazirlikdən onlara qurum rəhbərinin sentyabrın 27-də Müstəqillik Günü ilə bağlı keçiriləcək parada başı qarışdığını bildiriblər. Qadınlar nazirliyin qarşısını tərk etmək istəməyib. Bundan sonra onları yaşadığı ərazinin sahə müvəkkilləri zəng vuraraq oradan uzaqlaşdırmağa çalışıb.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Alternativ media yazır ki, sentyabrın 18-də Dövlət Yol Polisi Müfəttişliyində baş verən qalmaqaldan sonra qadınlara “stop” qoyulub. Bir qadın sürücü həmin gün qurumda dava salıbmış. Məsələ böyüyüb, prezident bundan xəbər tutub. Sentyabrın 21-də Berdıməhəmmədov Çakıyevə xəbərdarlıq edib və qeyri-rəsmi tapşırıq verib.

Football news:

La Liga President on Messi's departure: It won't be a drama for us. And his reputation will suffer
Ronaldo is a fan of the UFC. Rooting for Khabib, training with Conor, signed up for all the top fighters
Only Milan have not lost points this season in the top 5 of the European leagues. Aston Villa lost 0:3 in the
🎮 We made a game about Khabib - fight for him and try to fill up Geiji
Tebas about klasiko: the Game of the best teams in the world. The most important match of club football
Leeds forward Bamford scored a hat-trick. He has 6 goals in 6 Premier League games
Moyes on the spectators in the stadiums: People watch matches in cinemas, why can't they do it on the street?