Azerbaijan

“Twitter” fərdi kompüterlər üçün yeni dizayn təqdim edib

"Twitter" mikrobloqlar xidməti fərdi kompüterlər üçün yeni dizaynını təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xidmətin tərtibatçıları hələ 2018-ci ildə yeni dizaynı sınaqdan keçirməyə başlayıblar, indi isə istifadəçilər dizaynın köhnə versiyasına keçmək imkanından məhrum ediliblər. Məlumata görə, mobil proqram vasitəsilə xidmətdən istifadə edən istifadəçilər fərqi ayırd etməyəcəklər, çünki cihazlar üçün versiyadakı bir çox funksiyalara masaüstü variant əlavə edilib. Lakin artıq dərc edilmiş tvitlərin redaktə edilməsi imkanının olmaması təəssüf hissi doğurur.

Tərtibatçıların sözlərinə görə, dizaynın yenilənməsi sosial şəbəkənin naviqasiyasını asanlaşdırıb və onu daha fərdiləşdirilmiş edib. Bundan başqa, ən çox istifadə edilən funksiyalara giriş asanlaşdırılıb. Həmçinin hesablar arasında keçid funksiyası asanlaşdırılıb, "gecə rejimi" və bir neçə başqa rəng həlli əlavə edilib.

Milli.Az

Football news:

Police arrested a 12-year-old boy in the case of threats against Zaa
These people are sick. They need help. The fear and loathing of the North London Derby
Farfan's goal could not be counted: before that, the referee called from the goal, and CHorluka just took the ball and ran forward with it
Son has scored 10+ goals for Tottenham in the Premier League four seasons in a row
Milan are Interested in the striker of Lille Osimana
Dembele does not want to move to Manchester United. He believes that he will succeed in Barca
Ferdinand on Liverpool's decline: it's a celebration. If there are no Champions League games ahead, you just relax