Azerbaijan

Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş vermiş hadisələr barədə fikirlərini bölüşüb, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbr diləyib. Eyni zamanda, Anar Bağırov öz çıxışında ölkəmizin ərazi bütövlüyünün qorunması işində vəkillərimiz hər zaman mübarizəyə hazır olduqlarını əminliklə bildirib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılmış və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.

Ölkəmizdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin cari ilin iyul ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunmuş, bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə edilib. Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda Sumqayıt "ASAN xidmət" mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunub.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Milli.Az 

Football news:

Real Madrid midfielder Oscar Rodriguez may move to Villarreal
Ronaldo spoke of wanting to move to PSG after the Juventus-Loko match in the Champions League (France Football)
Matteus on Hennessy's words about Borussia: Bayern want to win the Champions League every year, but it's normal for them to take the Cup every two years
Safonov is the best player of Krasnodar in the 2019/20 season
Depay before Juve: If Lyon makes it to 1/4, it will be a serious bid
Adebayor on the city-real match: Madrid would be the favorite with Ronaldo in the line-up. This is a goalscoring machine
Lovren will make his debut for Zenit in the match against Loko, Lunev will not play due to injury