Azerbaijan

Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar "Elektron icra" informasiya sistemi tərəfindən təmin olunacaq.

Eyni zamanda, Sistem tərəfindən "Elektron icra" informasiya sisteminə təqdim olunan məlumatlar da müəyyənləşib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən "Elektron icra" informasiya sisteminə təqdim olunacaq.

Milli.Az

Football news:

Ranieri on 0:3 with Juve: I did not expect such a weak game from my players
Leeds can buy Malinovsky for 20 million pounds
David Silva made his debut for Sociedad in a game against Real Madrid
Bayern Munich and Borussia Dortmund are Interested in Barcelona forward de La Fuente
Rodgers has 100 WINS in the Premier League in 210 games. Only Ferguson, Dalglish and Keegan have a better result among the Brits
Ferran Torres: I Knew that Manchester City have strong players, and in training I saw how
Leicester scored 6 points in the opening two rounds of the Premier League for the first time since the 2015-16 championship season