Azerbaijan

Vüqar Rəhimzadə: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə vaxtadək ərköyünləşdirəcək?

"İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da bu və ya digər dövlətlərin, beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. 30 ildən artıqdır ki, münaqişə ədalətli həllini gözləyir, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcud olsa da nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr hələ kağız üzərində qalmaqdadır".

Milli.Az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz.

Baş redaktor bildirib ki, işğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır: "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini "azadlıq carçısı" adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır. Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə "diqqətsizlik" nümayiş etdirir? Bu "diqqətsizliklərin" fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir. Ona görə "Freedom House", "Amnesty İnternasional" kimi beynəlxalq hüquq müdafiə təşkilatları işğalçı Ermənistanı "azad", Azərbaycan kimi demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən dövləti "qeyri-azad" ölkələr sırasında qeyd edir. Ən böyük ədalətsizlik isə Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi təqdim edilməsidir".

V. Rəhimzadə ölkəmizdə vətəndaşların bütün azadlıqlarının təmin edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, demokratik cəmiyyətin vacib elementlərindən biri kimi sivil mübarizənin əsas tərkib hissəsi küçə yürüşlərinin, mitinqlərin, kütləvi aksiyaların keçirilməsidir: "Azərbaycanda bu sahədə təkmil qanunvericilik mövcuddur. "Sərbəst toplaşma haqqında" Qanun zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Azərbaycanda yaradılan bu şəraitə baxmayaraq, hansısa dağıdıcı ünsür xaricdən gələn sifariş əsasında küçəyə çıxaraq, ölkədə qarşıdurma yaratmağa çalışdığı üçün icazəsiz aksiyalara meyil göstərir, bu cəhdlərin qarşısı qanuni yolla alındıqda adlarını çəkdiyimiz beynəlxalq hüquq müdafiə təşkilatları dərhal Azərbaycanı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham edirlər. Təbii ki, burada əsas olan reallıq deyil, qərəzdən yaranan hansısa bir fikrin səsləndirilməsidir. Amma gəlin diqqət yetirək, işğalçı Ermənistanda Q.Sarukyanın tərəfdarları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərir, ölkənin təhlükəsizlik qüvvələri onun qarşısını kobudluqla alır, yüzlərlə insan saxlanılır. Qərbin demokratiya institutları bunu görməzdən gəlir. Niyə? Azərbaycan dövləti bu "niyələrin" səbəblərini ən yüksək tribunalardan bəyan edir, "xəbərsiz", eşitmək problemi olan isə deyəsən həmin beynəlxalq qurumların özləridir. İşğalçı dövlətdə polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Bu, işğalçıya dəstək olan qurumlar, dövlətlər üçün demokratiyanın tələbidir. Amma başqa ölkələrdə, xüsusilə Azərbaycanda demokratik dəyərlərin kobud şəkildə pozulması, mətbuat azadlığının boğulmasıdır. Dünya Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya vermədi? Mütəmadi olaraq dünya ölkələrində insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayan ABŞ Dövlət Departamenti, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası Parlament Assambleyası, demokratiyaya, azad mətbuata dəstək missiyasını yerinə yetirən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, dünyaya demokratiya dərsi keçən ABŞ-ın, həmçinin digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri niyə bu ölkədə demokratiyanın boğulmasına münasibətlərini bildirməkdə "çətinlik" çəkirlər?" "Azərbaycan istər demokratik islahatların dəyərləndirilməsi sahəsində, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın ikili siyasətini hiss edir və daim buna öz sərt mövqeyini açıqlayır" söyləyən siyasi elmlər doktoru Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Qərb hazırda işğalçı dövlətdə yaşanan siyasi böhranı görməzlikdən gəlsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq uzanmasının səbəblərindən xəbərdardır. Bunun üçün geniş şərhə ehtiyac görmürük.

V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır: "Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməz, ədalət meyarı bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq edilər".

Milli.Az

Football news:

Lampard on 3-0 with Watford: a dry Win at home, three goals scored-Chelsea played very well
Pulisic on 3-0 with Watford: Chelsea needed this win. We are confident that we can get into the top 4
Rebic scored 9 goals for Milan in 11 Serie A matches
Mikel Arteta: getting Arsenal into the Champions League seemed impossible a few weeks ago
Бав Bayern won the gold double in Germany for the 13th time
Neuer provided an assist in the German Cup final with Bayer
Sarri about 4:1 with Torino: Juve had a false sense of security after a couple of goals