Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xalq artisti Qənirə Paşayevanın arzusundan yazdı

Çox təəssüf... Savadlı, dünyagörüşlü, vətəninə bağlı, torpağını, işini, insanları sevən, qəlbi dolu, genişqəlbli, şeir ruhlu, köməksizlərin yanında olan, türk xalqının sevimlisi - Qənirə Paşayeva çox tez getdin.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial mediada yazıb. Sənətçi dünən vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb və bildirib ki, onun arzularından biri də Xankəndinə getmək idi:

"Arzuları çox idi: Xankəndinə gedəcəkdi. Şeir dolu qəlbi, gözəl nitqi ilə "Şükür, arzularımız gercəkləşdi" deyəcəkdi. Sizdən çox yazmaq, danışmaq olar. Xalqın gözəl, vətənsevər, mərd bacısı idi. Qəlblərdə yaşayacaq, sözün həqiqi mənasında. Allah rəhmət eləsin. Günəş kimi parlaq üzlü, xalqın Qənirəsi".