Azerbaijan

Yenilənmiş Ford F-150 pikapının debüt tarixi məlum olub - FOTO

Amerikanın əsas pikapı və seqmentin dəyişilməz lideri olan Ford F-150 modeli yenilənməyə hazırlaşır. Pikapın ciddi yenilənməyə məruz qalacağı və yeni avadanlıqlar ilə təchiz ediləcəyi söylənilir. Yenilənmiş pikap 25 iyun tarixində onlayn şəkildə təqdim ediləcəkdir.

Təqdimat öncəsi dərc edilmiş ilk tizerdən pikapın dizaynında inqilabi deyil, təkamül xarakterli dəyişikliklərin olduğunu görə bilərik. Çox güman ki, Ford şirkəti yaxşı satış rəqəmləri nümayiş etdirən model ilə eksperimentlər aparmaqdan çəkinir. Bu səbəbdən də, F-150 modelinin dizaynında baş vermiş dəyişikliklər, ona daha brutal görkəm verməyə yönəldilmişdir.

İlkin məlumata görə, pikapın texniki hissəsində heç bir dəyişiklik olmayacaqdır. Pikap qoşulan tam ötürmə sistemini, V6 və V8 mühərriklərini, 10-pilləli avtomatik transmissiyanı qoruyub saxlayacaqdır. Bununla belə, mühərrik çeşidində ciddi dəyişikliklər də gözlənilir: məsələn, F-150 qoşulan hibrid və sırf elektrik versiyalarında təklif edilə bilər.

İnteryerdəki dəyişikliklərə gəldikdə isə, daha keyfiyyətli tərtibat materialları ilə yanaşı, pikap təkmilləşdirilmiş virtual cihazlar panelini və ən müasir multimedia sistemini əldə edəcəkdir. Eyni zamanda, Ford şirkəti modelin mühafizəkar pərəstişkarlarına salonu fiziki düymələrdən məhrum etməyəcəyinə söz verib.

Milli.Az

Football news:

Ronaldo's entourage denied the option of moving to Barcelona. Cristiano is happy at Juventus
Matuidi moved to Inter Miami Beckham
Morata is one of Juve's candidates for the forward position
Karl-Heinz Rummenigge: Messi can only be stopped if you deprive him of the pleasure of the game
Napoli offered 15 million euros for the Region. Real Madrid wants 25 million^. Real Madrid Defender Sergio Regilon can continue his career in Serie A
Neymar played a great match (despite poor implementation). Tuchel created a convenient environment for him to destroy the pressure of Atalanta
Guillem Balage: Juventus wants to get rid of Ronaldo's salary. It was offered to everyone, including Barcelona