Azerbaijan

35 dərəcəyədək isti olacaq - HAVA PROQNOZU

12 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, 12 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

12 iyulda Azərbaycanın rayonlarında gecə və səhər şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Milli.Az 

Football news:

Chernyshenko about Euro 2020 in St. Petersburg: Despite the postponement, the organizers will keep the fanzones and trophy tour of the European Cup
Jesus used to eat too much fast food and want to shoot himself because of bad matches. Then I hired a personal trainer
David Silva's Father: The son loves Serie A and says he can play there until he is 40
Alexis Sanchez: I really wanted to stay at Inter. I found a family here
Emil Heskey: Salah should have moved to another club if Liverpool had not taken the Premier League
Roma are discussing with Manchester United the purchase of Smalling
Belenov – the best player of Ufa in the 2019/20 season