Azerbaijan

Adi bir dərviş Şirvan taxtını necə ələ keçirdi? - 40 GÜNLÜK HAKİMİYYƏT

Şirvanşahlar dövləti Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində mövcud olub. Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulub.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Şirvanşahlar tarixində adi bir dərvişin 40 günlük də olsa taxta yiyələndiyi bir dövr olub. Bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib:

"1536-cı ildə Şirvanda meydana gələn özbaşınalıqdan istifadə edən səlyanlı bir qələndəri dərviş özünü özbəklərlə döyüşdə səfəvi ordusunda iştirak edən və öldürülən Şirvanşah II Şeyx İbrahimin oğlu Sultan Məhəmməd olduğunu elan edib Şamaxını ələ keçirdi və Şirvanşah oldu. O, sadəcə 40 gün Şirvanşahlar taxtında oturmuşdur.

İ.P.Petruşevski bu şəxsdən bir "xalq inqilabçısı" düzəltmiş, Sara Aşurbəyli və Məşədixanım Nemətova da onun iddiası diqqətə alaraq buna uyğun fikirlər səsləndirmişdilər.

Ancaq Qələndərbəy adlanan bu şəxs bir qələndəri dərvişi idi. Qələndərilər XIII-XIX əsrlərdə Afrikaya qədər yayılan böyük bir dərviş təriqəti idi. Bu təriqətin qurucusu Azərbaycanın Savə şəhərindən olan bir dərviş Cəmaləddin olub. Onun "mənakıbnaməsi" günümüzə qədər gəlib. Qələndəri dərvişləri yarıçılpaq geyimləri, bədənlərindəki bütün tükləri qırxmaları (saç, saqqal və qaşları), əllərində dərviş əsaları və bellərindəki kəşkülləri ilə gəzən səyyar dərvişlər olublar.

Azərbaycanda nəşr olunan ilk jural (əvvəl qəzet olub) Kəşkül də adını Qələndərlərin bu simvollarından alıb".

Milli.Az

Football news:

Gasperini on Atalanta's 93 goals in 33 matches: we are Not staging extravaganzas to humiliate the opponent
Luis Suarez: We lost the title ourselves. For the sake of prestige, Barca must concentrate on fighting for the Champions League
Real Madrid is ready to sell Ceballos for 25 million euros
Manchester United is ready to pay 120 million euros for Sancho if they get into the Champions League
Saul: if Real Madrid win La Liga, it will only be because they deserve it. VAR puts a penalty in their favor, as they put pressure on the opponent
Tiago put his house in Munich up for sale. Liverpool was Interested in him
Glushakov before the game with Spartak: I have no problems with the fans