Azerbaijan

Aerotaksi startaplarından biri öz uçan taksilər vasitəsilə uçuş qiymətini açıqlayıb

Almaniyanın Volocopter adlı aviasiya startapı dəfələrlə uçan taksi və hava üzrə yük daşımaları sahələrindəki maraqlı həll üsulları ilə ictimaiyyətin diqqətini çəkib. Bir neçə müddət bundan öncə isə sözügedən şirkətin təmsilçiləri uçan taksi servisi üçün biletlərin bronlaşdırılmasını və uçuşların hansı qiymətə başa gələcəyini elan etmişdi. Bu barədə The Verge saytı xəbər verib. Uçan taksilər sahəsi bir çox şirkətlərin və kiçik startapların diqqətlərini cəlb edir.

Bu sahədə ilk startaplardan biri olan Lilium-dan başqa Toyota, Hyundai və Uber kimi şirkətlər də aktiv şəkildə uçan taksilər üzrə öz həll yollarını hazırlayırlar. Bu sahə üzrə hazırlanan bütün layihələr hələ test mərhələsindədirlər. Bir çox şirkət öz şaquli qalxış və enişə sahib uçuş aparatlarının prototiplərini test edirlər. Almaniyanın Volocopter adlı startapı isə uçuşların kommersiyalaşdırılmasında ilk addımı atmaq qərarını verib. Belə ki, şirkət aerotaksi vasitəsilə uçuşlar üçün yerlərin bronlaşdırılmasını elan edib.

Bir uçuş üçün nəzərdə tutulmuş biletin qiyməti 300 avro (355$) dəyərində qiymətləndirilib.
    Bununla belə aerotaksi vasitəsilə uçuş sadəcə 15 dəqiqə çəkəcək. İlkin bronlaşdırmanın ümumi sayı isə 1000-i keçməyəcək. Biletləri əldə edənlərin bu aerotaksidən nə zaman istifadə edəcəkləri bilinmir. Məlumatda qeyd olunub ki, bu, layihənin kommersiya məqsədli istifadəsinə startın verilməsindən 12 ay sonra baş tutacaq. Layihənin isə 2-3 ildən sonra istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, startapın uçuş aparatları aktiv şəkildə Sinqapur, Helsinki və Dubay kimi şəhərlərdə test edilir.

Çox güman ki, kommersiya məqsədli uçuşlar Volocopter 2X adlı uçuş aparatı vasitəsilə reallaşdırılacaq. Bir nəfər sərnişin üçün nəzərdə tutulmuş bu uçuş aparatı 18 ədəd fırlanan pərdən ibarətdir. Bu cür aparatın uçuş məsafəsi hələ çox deyil. Belə ki, onun uçuş məsafəsi 27 km-dan çox deyil. Gözləntilərə əsasən şirkət öz əsas diqqətini bir təyinat nöqtəsindən digərinə sürətli uçuşlara ayıracaq. Qeyd etmək lazımdır ki, Volocopter artq 55.3 milyon dollar investisiya cəlb edib.

Milli.Az

Football news:

Pep on the criticism: Defeat is becoming a disaster these days because of social media. Sometimes the opponent is better than us, this is life
FIFA about Bartomeu's words about the European super League: we do not know about any agreement
Brother, don't give up on him. He's playing against us. Benzema asked Mendy not to give the ball to Vinicius at half-time of the match with Borussia
In 2010, Pirlo negotiated with Barca. The main playmaker of the generation was ready to go to Pep even in the rotation
Chugainov about Loko in the Champions League: there are Chances to get out of the group. The team looks confident and worthy
Bayern and Alaba failed to agree a new contract for the third time
Atalanta and Ajax showed smart football: a lot of traps and subtle changes on the move