logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Afaq Bəşirqızından "millət vəkili" kampaniyasına reaksiya

Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.

Əməkdar artist Xumar Qədimova Bəşirqızının fotosunu yayımlayaraq "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o xalqdan gələndir, özümüzdür" sözlərini qeyd edib.

Əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı "Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin" paylaşımını edib.

Əməkdar artist Vasif Məhərrəmli də paylaşımında "Bilmirəm yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz" sözlərini vurğulayıb.

Aktrisa Ülviyyə Əliyeva və bir çox sənət adamı da A.Bəşirqızı ilə paylaşım edərək, onun millət vəkili olmasını istədiyini bildirib.

Məsələ ilə bağlı əməmkdaşımız A.Bəşirqızı ilə əlaqə saxlayıb. Aktrisa bu haqda çox danışmaq istəmədiyini bildirib. O, deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala "Bu haqda hələ heç bir şey fikirləşməmişəm" cavabını verib.

Milli.Az

Themes
ICO