Azerbaijan

Aktyor sevgilisini döyüb bu hala qoyubmuş

Aktyor Ozan Güvənin bir müddətdir eşq yaşadığı Dəniz Bulutsuzu döyməsi xəbəri gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Dəniz vəkili Mustafa Kurtuluş vasitəsilə sevgilisini məhkəməyə verib. O, şikayət ərizəsində Ozanı "Qəsdən öldürməyə təşəbbüs", "Təhqir"də günahlandırıb.

Qeyd edək ki, Dəniz və Ozan iyunun 12-də dostları ilə yemək yedikdən sonra onların evinə gedib. Söhbət zamanı Bulutsuzun keçmiş sevgilisindən söhbət açılıb, Ozan hər kəsin yanında onu təhqir edib. İkili arasındakı mübahisə evə getdikdən sonra daha da şiddətlənib. Bulutsuz Güvənin əlindəki qırıq şüşəni almaq istəyərkən çənəsindən yaralanıb. Evdən qaçmağa çalışan Bulutsuza aktyor mane olmaq istəyib. Dəniz sənətçinin onu saçlarından tutaraq divara vurduğunu bildirib. Evdən qan içində və ayaqyalın qaçmağı bacardığını deyən Bulutsuz sürücünün onu bir dostunun evinə apardığını əlavə edib.

Bulutsuzun şikayətindən sonra Ozan Güvən də həkimdən döyüldüyünü təsdiq edən kağız alıb. O bildirib ki, ayrılmaq istədiyi üçün sevgilisi belə bir oyun qurub:

"Bir dostumuzun evində idik. Dəniz dedi ki, Ozanla görüşdüyüm zaman sevgilimdən ayrılmamışdım. Çox gözəl münasibət yaşadığını bildirdi. Dedim ki, bunları deməyə ehtiyac yoxdur, necə sevişdiyinizi də bəlkə danışasan. Sonra evə getdik, söhbət etməyə başladıq. Ayrılmaq istədiyimi deyəndə isə məni hədələdi. Əgər ayrılsam, məni biabır edəcəyini bildirdi. Yorğanı üstümə çəkib yatmaq istədiyimi söylədim. Yorğanı dartanda yatağın yanındakı lampa düşüb sındı. Əlində qalan parçanı almaq istəyəndə qışqırmağa başladı ki, məni döyürsən. Çənəsinə dəydi və qanadı. Bant vurdum. Mənə qayıtdı ki, hamıya səni qadın döyən biri kimi tanıdacam. Məni vurdu və üzümü yaraladı. Sürücüdən onu aparmasını istədim".

Milli.Az

Football news:

Thomas Tuchel: Atalanta has a completely unique style. PSG will be difficult not to miss
Mancini on Pirlo: he was lucky. I started my career with Fiorentina, not Juve
Rio Ferdinand: Winning the Europa League can create a new culture at Manchester United
Real Madrid have loaned midfielder Kubo to Villarreal for the season
Borussia announced that Sancho is staying. He extended his contract until 2023 a year ago
Inter is ready to pay 20+5 million euros for Smalling
Lewandowski is the best player of the week in the Champions League. He was ahead of Messi and Ronaldo