Azerbaijan

Android 11-in internet simvolları xoş qarşılanmadı

Google-un hazırda inkişaf etdirilən Android 11 üçün hazırlanmış xüsusiyyətlərə ümumi baxış səhifəsini yenilənib.

Milli.Az ted.az-a istinadən bildirir ki, telefonun 4G və ya 5G şəbəkəsinə qoşulub-qoşulmadığını göstərən simvollar məlum olub.

İstifadəçilərin əksəriyyəti isə bu simvollardan məmnun qalmayıblar. Hesab edilir ki, simvolları ayırd etmək çox da asan olmayacaq. 4G üçün iki, 5G üçün isə üç simvol müəyyən edilib.

Məsələn, LTE Advanced Pro texnologiyasının istifadə olunduğu şəbəkəyə qoşulduqda cihazda 5Ge simvolu görünəcək. Bu texnologiya 3 Gbps səviyyəsinə qədər sürət vəd etsə də 5G-nin yox, LTE Advanced-in inkişaf etdirilmiş versiyasıdır.

Dünyanın ən böyük mobil operatorlarından olan AT&T LTE Advanced şəbəkəsini 2018-ci ilə qədər 5Ge kimi adlandırmağa çalışıb. Anca bu, xoş qarşılanmadı və məhkəməyə müraciət edildi. Həqiqi yeni nəsil şəbəkələr, yəni 5G texnologiyası 5G və 5G+ olaraq qeyd olunacaq.

Android 11-in şəbəkə bağlantı simvollarını təqdim edirik:

LTE - standart 4G

LTE+ - daşıyıcı birləşsirmə ilə 4G

5Ge - LTE Advanced Pro

5G - NR - 6 GHz-dən az

5G+ - mmWave

Milli.Az

Football news:

ESPN reporter: Arsenal did not offer Aubameyang a new contract
Lucas Vasquez: Real Madrid have 11 finals ahead of them. I hope we can win the title
Liverpool confirmed that they will finish the season in New Balance
Zlatan will return to Italy on Wednesday or Thursday for a routine check-up with doctors in Milan
Manchester United will try to buy Sterling if he leaves city. In the short list United – Sancho, Grealish and Rodon (The Independent)
Liverpool players got down on one knee in memory of the deceased Floyd George
Rangnick can really change Milan. His philosophy is beautiful and takes root in all countries