Azerbaijan

Azərbaycan ordusunun azad etdiyi ərazilərdən yeni VİDEO

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən görüntülər yayılıb.

Publika.az Real TV-yə istinadən xəbər verir ki, görüntülərdən artıq Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin həmin ərazilərdə möhkənləndiyi görünür.

Ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib. Texnikanın içində və ərazidə Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.

Hazırda Azərbaycan Ordusunun işğal altında qalan torpaqların azad edilməsi istiqamətində əməliyyatları davam etdirilir.

İlkin açıqlanan məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Football news:

The Norwegian referee has admitted that he is gay: I can go through life with my head held high
Henderson on Salah in Liverpool: 100 goals in 159 games is something out of a computer game
PSG have been in contact with Zidane (Okdiario)
Flick's assistant-plus 1000 points to the atmosphere in Bayern. Launched the careers of Muller and Lam, introduced Pep to the Bundesliga, taught Koman to play head
Milan scores 2+ goals in 11 consecutive games, repeating its record of 1959
Harry Kane: this Tottenham is capable of achieving something special
Mourinho on the link between son and Kane: mutual Understanding has come since Pochettino. Don't give me all the credit