Azerbaijan

Azərbaycanda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistiral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Daha bir neçə nəfər isə ağır bədən xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza nəticəsində 31 yaşlı Şahin Ağalarov, 22 yaşlı Həsənov Elvin və Anar adlı şəxs yaralanıb. Dünyasını dəyişənlərin isə Orxan və Elməddin adlı şəxslər olduğu bildirilir.

Digər ölən və yaralıların adları dəqiqləşdirilir.

***

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.//Report.az