Azerbaijan

BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır

BƏƏ-nin ən iri neft şirkəti satış qiymətini azaldır

Neft, dollar

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft şirkəti olan ADNOC (Əbu Dabi Milli Neft Şirkəti) “Murban” markalı neftin sentyabr ayı üçün satış qiymətini “Dubai” markalı neftə nisbətən 0,85 ABŞ dolları azaldıb.

“Report” xəbər verir ki, şirkətin qiymət siyahısına görə “Umm Lulu” markalı neft artıq 5 aydır “Murban” nefti ilə eyni qiymətə satılır. Həmçinin “Das” markalı neft ondan 0,35 dollar, “Upper Zakkum” markalı neft də 0,2 dollar ucuz satılır.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti son dörd ayda ilk dəfə Asiya və Avropa müştəriləri üçün əsas neft markalarının qiymətini aşağı salmışdı. Belə ki, Asiya və Avropa bazarlarına sentyabr ayında ixrac edəcəkləri neftin qiymətini aşağı salan “Aramco” ABŞ bazarı üçün qiyməti əvvəlki kimi saxlayıb.

Football news:

Liverpool will buy Jota for 41 million pounds. Wolverhampton will pay up to 13.5 million for Hoover
8 is Bavaria's favorite number. Now she beat Schalke: Gnabry scored a hat-trick, Sane scored 1+2, Lewandowski came up with an assist by rabona
Liverpool agreed a 5-year contract with Jota. The transfer amount could be 43 million euros
I left everything and went to the other side of the world for my favorite team. The heartwarming story of a Norwegian fan in love with Santos
Lewandowski scored in the 1st round of the Bundesliga in 7 seasons and repeated the championship record
Gnabry scored a hat-trick against Schalke
Lewandowski scored for Schalke in their 10th Bundesliga game in a row. This is a League record