logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Briyaniya səfirinin Trampla bağlı təhqiramiz məxfi məktubu üzə çıxdı – Beynəlxalq qalmaqal

“Donald Tramp sələfi Barak Obamanın acığına İranla nüvə razılaşmasından imtina etdi”, – Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrokun məktubunda belə yazılıb.

Bizimyol.info xəbər verir ki, britaniyalı diplomatın gizli məktubları mediaya çıxıb. “Mail on Sunday” qəzetinin yaydığı məktubda Tramp administrasiyası “bacarıqsız, inamsız və  məsuliyyətsiz” adlandırılmışdı.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məxfi sənədlərin mediaya sızdırılmasını xuliqanlıq kimi qiymətləndirmişdi. Amma nazirlik dərc olunanların gerçək olduğunu da inkar etməmişdi. Bunun ardından Derrok istefa verdi.

Keçmiş səfirin məktublarından birində o, ABŞ-ın Birgə Kompleks Fəaliyyət Planından çıxmasını “diplomatik vandalizm aktı” adlandırıb. Həmin məktubun 2018-ci ilin mayında yazıldığı bildirilir. O zaman Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ-ı İranla nüvə razılaşmasından çıxmaması üçün inandırmağa çalışırdı. Həmin razılaşmaya əsasən, İran nüvə fəaliyyətini məhdudlaşdırmağa razılıq vermişdi.

Səfirin bu məktubu Consonun Trampı yola gətirmək üçün uğursuz cəhdlərindən sonra yazdığı ehtimal edilir. Consonun ABŞ-dan qayıdışından sonra səfir Britaniyaya məktubunda yazıb ki, Tramp çox güman şəxsi səbəblər üzündən nüvə razılaşmasından imtina edir. Çünki həmin razılaşma onun sələfi Barak Obama tərəfindən imzalanmışdı. Səfir məktubunda həm də nüvə razılaşması məsələsilə əlaqədar ABŞ prezidentinin müşavirləri arasındakı kəskin fikir ayrılıqlarına da diqqət çəkib. Həmçinin qeyd edib ki, Ağ Evin İranla razılaşmadan çıxandan sonrakı mərhələ üçün dəqiq fəaliyyət strategiyası yoxdur.

“Görünür, ideoloji və şəxsi səbəblərdən Tramp administrasiyası diplomatik vandalizmə köklənib. Axı o, Obamanın razılaşması idi…

Bundan başqa, onlar növbəti gün üçün hansısa strategiya hazırlaya bilmirlər. Dövlət Departamenti ilə bu səhərki əlaqələr də göstərdi ki, ABŞ-ın Avropa və digər regionlardan olan müttəfiqlərlə, partnyorlarla qarşılıqlı fəaliyyət planları yoxdur”, – səfir xarici işlər naziri Consona məktubunda belə yazıb.

Britaniya polisi səfirin məktublarının mediaya necə sızdığını araşdırmaq məqsədilə araşdırmalar aparır. Məlumata görə, məktubların kompüter proqramları vasitəsilə ələ keçirilməsi versiyası istisnadır. Məktubların şəxs tərəfindən ötürüldüyü bildirilir. Polis müəyyənləşdirib ki, konkret şəxs e-mailə daxil olaraq, məktubları götürüb.

All rights and copyright belongs to author:
Themes
ICO